Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, şəhərdəki “Səlcuq” Universitetində mühəndislik fakültəsinin dosenti Cəlaləddin Özdəmir boğazı kəsilərək qətlə yetirilib.
Qətlin üstü isti izlərlə açılıb. Məlum olub ki, C.Özdəmiri iş yoldaşı, professor Əhməd.G öldürüb. Cinayəti törədən şəxs həbs edilib. O, törətdiyi əməli etiraf edib.
Qeyd edək ki, qətlə yetirilmiş dosent 6 ay əvvəl həyat yoldaşından boşanıb.