Ukraynada döyüşlər ara vermir
24 may 2014 13:57 (UTC +04:00)

Ukraynada döyüşlər ara vermir

Qondarma Donetsk Xalq Respublikası Ukrayna Milli Ordusuna müqavimət göstərmək üçün səfərbərlik elan edib. Lent.az-ın-ın euronews-a istinadən verdiyi məlumata görə, Donetsk ordusuna 19-40 yaşında kişilər qəbul olunub. Prezident seçkilərinə iki gün qalmış rusiyameyilli separatçılar Ukrayna milis karvanını Donetsk yaxınlığında pusquya salıb. "France Press" agentliyi xəbər verir ki, yaralananların sayı dəqiqləşməsə də, ölənlərin sayı ən azı 5 nəfərdir.

Xatırladaq ki, separatçılar bu bazar prezident seşkilərinin baş tutmasına mane olacaqlarına söz veriblər.

Son məlumata görə, bu gün  separatçıların hücümları zamanı Ukrayna ordusunda ölənlərin sayı 13 nəfərə çatıb.

Toqquşmanın baş verdiyi ərazidə olan “Associated Press” agentliyinin jurnalisti məlumat verir ki, separatçıların ardıcıl hücumları zamanı ən azı 11 ukraynalı əsgər öldürülüb. Qeyd edək ki, bu, Ukrayna ordusu üçün aprelin əvvəlindən ölkənin şərqini nəzarətdə saxlamaqdan ötrü keçirdiyi əməliyyatlar zamanı ən ağır gün olub.

Xatırladaq ki, rəsmi Kiyev mayın 25-də prezident seçkilərində təhlükəsizliyi təmin etmək üçün 55 000 polis və 20 000 könüllü səfərbər edəcəyini elan edib. Öz növbələrində, Donetsk və Luqansk separatçıları 2 milyona yaxın seçicinin olduğu bu regionda seçkilərin baş tutmasına mane olacaqlarına söz veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Yalçın UĞUR

Oxşar yazılar