Bu gecə PKK terrorçuları Bitlisin Tatvan qəsəbəsi yaxınlığında hərbçilərin avtomobillərinə hücum edib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, uzaqdan idarə edilən partlayıcının işə salınması nəticəsində 20 hərbçi yaralanıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisədən dərhal sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və terrorçuların yaxalanması üçün operativ əməliyyatlar başlanılıb.
Qeyd edək ki, Siirtdə polis şübhəli hesab etdiyi motosikleti saxlamağa çalışarkən sürücünün arxasında əyləşmiş şəxs düşüb qaçmağa çalışıb. Həmin şəxs sürücü ilə birgə yaxalanıb və məlum olub ki, motosikletə partlayıcı qurğu bərkidilibmiş. Həmçinin motosikletdən tüfəng də tapılıb.