Timoşenko prezident seçkilərində iştirak edəcəyini bildirdi
27 mart 2014 16:45 (UTC +04:00)

Timoşenko prezident seçkilərində iştirak edəcəyini bildirdi

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.


 

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu Y.Timoşenko bu gün Kiyevdə keçirdiyi brifinqdə bəyan edib.

 

“Bəli, mən prezident seçkilərində iştirak etmək istəyirəm”, - deyə o vurğulayıb.

 

Y.Timoşenkonun sözlərinə görə, o, martın 29-da “Batkivşina” partiyasının qurultayında onun prezidentliyə namizədliyinin irəli sürülməsini xahiş edəcək. 

 

Qeyd edək ki, Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar