Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib
01 iyul 2016 11:01 (UTC +04:00)

Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib

Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Аsiya-Plyus" agentliyi məlumat yayıb.

 

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bununla yanaşı, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.

 

Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçəcəklər.

 

Qeyd edək ki, Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nusratullo Salimzoda yaxın qohumlar arasında nikahdan çoxlu sayda əlil uşaqların dünyaya gəldiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

APA Baycan

Oxşar yazılar