[b]Silahlılar nəzarət-keçid məntəqəsinə hücum etdi[/b] - <span style="color:red;">8 ölü, 3 yaralı  - YENİLƏNİB
17 yanvar 2017 02:26 (UTC +04:00)

[b]Silahlılar nəzarət-keçid məntəqəsinə hücum etdi[/b] - 8 ölü, 3 yaralı - YENİLƏNİB

Misirdə naməlum silahlıların nəzarət-keçid məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, daha 3 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 hərbçinin öldüyü bildirilirdi.

 

Məlumata görə, iki silahlı hərbçilər tərəfindən məhv edilib. İnsident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

 

İlkin ehtimala əsasən, hücumu İŞİD-ə yaxın “Ənsər Beyt əl-Makdis” qruplaşması təşkil edib.

 

***

 

Misirdə naməlum silahlılar nəzarət-keçid məntəqəsinə hücum edib.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənub-qərb hissəsində, Əl-Xarqa şəhəri yaxınlığında qeydə alınıb.

 

İlkin məlumata əsasən, hücum nəticəsində 6 hərbçi ölüb. Hazırda məntəqə ətrafında silahlılarla hərbçilər arasında döyüş davam edir. Hadisə yerinə əlavə hərbi qüvvələr göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar