Rusiyayönlü «xalq qubernatoru» həbs edilib
06 mart 2014 20:08 (UTC +04:00)

Rusiyayönlü «xalq qubernatoru» həbs edilib

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları (UTX) Donetskdə Rusiyayönlü fəalların lideri Pavel Qubarevi həbs edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, UTX əməkdaşları onu «BBC»-yə müsahibə verərkən, mənzilində tutublar.

 

Axtarış üçün məhkəmənin qərarını təqdim ediblər. Qubarev separatçılığa açıq-aşkar çağırış etməkdə ittiham olunur.

 

Martın 6-da Pavel Qubarev mətbuat konfransında bildirib ki,  Krımın ardınca «Donetsk vilayəti müqəddəratın təyini» ilə bağlı referendum keçirəcək.

 

Bir müddət öncə Donetskdə keçirilən mitinqdə Qubarev «xalq qubernatoru» elan edilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029

Oxşar yazılar