[b]Rusiyada ölüm səhayəti: <span style="color:red;">10 uşaq öldü [/b]
19 iyun 2016 15:46 (UTC +04:00)

[b]Rusiyada ölüm səhayəti: 10 uşaq öldü[/b]

Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kareliyada Syamzero gölündə turist gəzintisində çıxmış qrupda olan 10 uşağın cəsədi aşkarlanıb, 3 uşağın axtarışları davam edir.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin həmin turist qrupundakı 11 turistin xilas edildiyini, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin iki vertolyotunun cəlb edildiyini bildirib. 

 

Turst qrupu 2 nəfər yetkin yaşlı olmaqla, 12-17 yaşlı yeniyetmələrdən ibarət olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar