RF-də 650 birgə Rusiya-Azərbaycan şirkəti fəaliyyət göstərir
28 sentyabr 2017 20:40 (UTC +04:00)

RF-də 650 birgə Rusiya-Azərbaycan şirkəti fəaliyyət göstərir

Rusiyanın Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlarası Forumu çərçivəsində plenar iclas keçirilib. APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, plenar iclasda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və hər iki ölkənin dövlət rəsmiləri və biznes dairələrinin nümayəndələri iştirak ediblər.

 

Forum Azərbaycan və Rusiya prezidentlərinin iştirakçılara təbrik məktublarının oxunmaları ilə başlayıb.

 

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Stavropol diyarının qubernatoru Vladimir Vladimirova səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanlı nazir Regionlararası forumun keçirilməsi təşəbbüsünün Azərbaycan və Rusiya prezidentlərinə məxsus olduğunu vurğulayıb.

 

"İndiyədək iki ölkə arasında iqtisadiyyat sahəsində 200-dən çox müqavilə bağlanıb. Azərbaycanın birinci ticarət nümayəndəliyi məhz Rusiyada açılıb. Bu gün Azərbaycanda 70 Rusiya şirkəti fəaliyyət göstərir. Onlar Azərbaycana 3 mlrd dollar sərmayə yatırıblar. Öz növbəsində Azərbaycanın Dövlət Neft Fondunun Moskvada daşınmaz əmlak sahibidir. Bizim VTB bankı ilə çox fəal münasibətlərimiz var. Azərbaycan şirkətləri isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollar sərmayə yatırıblar",-deyə Şahin Mustafayev qeyd edib.

 

Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin isə çıxışında iki ölkə arasındakı iqtisadi münasibətlərin səviyyəsindən danışıb: "Bu gün Rusiyanın 8 regionu Azərbaycanla fəal əməkdaşlıq edir. Rusiya Federasiyasında 650 birgə Rusiya-Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanın Dövlət Neft Fondu VTB bankının səhmdarıdır. Biz Azərbaycanla əczaçılıq və turizm sahəsində əməkdaşlığı inkişaf etdiririk, Xəzərdə birgə dəniz səyahəti layihəsi hazırlayırıq. Birgə layihələrimizə 500 milyon dollar sərmayə yatırılıb. Birgə layihələr həmçinin üçüncü ölkələrdə də həyata keçirilir. Rusiya və Azərbaycan arasındakı münasibətlər, strateji tərəfdaşlıq münasibətləridir və bu münasibətlər davam edəcək".

 

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Mixail Fradkov, Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev, Bakının Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev və digərləri iki ölkə arasında iqtisadiyyat, sənaye, turizm və humanitar sahələrdəki əlaqələrin səviyyəsindən danışıblar.

 

Plenar iclasın sonunda Azərbaycan və Rusiya arasında sənədlər imzalanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35