Putin Ərdoğanla hərbi-texniki əməkdaşlığı müzakirə edəcək
02 may 2017 22:32 (UTC +04:00)

Putin Ərdoğanla hərbi-texniki əməkdaşlığı müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq məsələlərini təfsilatlı və kompleksli şəkildə müzakirə edəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Türkiyə prezidenti sabah Soçiyə səfər edəcək, çox mühüm danışıqlar keçiriləcək”, - deyə Peskov qeyd edib.  

 

Onun sözlərinə görə, Türkiyə tərəfi görüşdə Suriya problemi, ikitərəfli əlaqələr, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirib: “Çox güman ki, digər beynəlxalq və regional məsələlər də müzakirə olunacaq”.    

 

Peskovun “S-400” zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması məsələsinə dair suala  cavabı belə olub: “Hərbi-texniki əməkdaşlıq kompleks və detallı şəkildə müzakirə olunacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar