Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında bildirilir.
“Pyotr Poroşenko və Mövlud Çavuşoğlu yazda ölkə prezidentlərinin həmsədrliyi ilə keçiriləcək Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şurasının növbəti iclasının gündəliyini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd edərək, iki ölkə arasında azad ticarət zonasına dair razılaşma üzrə danışıqlar prosesinin tezliklə başa çatdırılmasının vacibliyini qeyd ediblər.