Amerikanın Milli təhlükəsizlik Agentliyi - NSA hər gün dünyada mobil telefonların yerləri ilə bağlı 5 milyarda yaxın məlumat toplayır.
Agentliyin özüünün indilərdə açıqladığı məlumat və vaxtı ilə onlara çalışan, məxfi məlumatları mediaya sızdırandan sonra qaçan Edward Snowdenin ötürdüyü sənədlər belə deyir.
Vaşinqton Post qəzeti əlindəki məlumatlar vasitəsiylə NSA-in mobil telefonları necə izləməsinə aydınlıq gətirir.
Hər bir mobil telefon şəbəkəyə qoşulubsa, onun yerini asanca müəyyənləşdirmək olur:
1. Mobil telefon siqnalı ötürücüləri - antenna qüllələri;
2. Wifi - simsiz internet ötürücüləri;
3. Ağıllı telefonlara quraşdırılan xəritələrdə istifadə edilən GPS peyk koordinatları ;
4. Mobil telefonlarda qurulan və SOS siqnalı ötürən ötürücülər vasitəsi ilə.
Dünyadakı bütün bu mobil telefonlarla yerlərini göstərən məlumatlar adətən mobil operatorlarda və onların hamısınının istifadəsi üçün rahat olsun deyə, ortaq korporativ məlumat bazalarında toplanır. Bu məlumat bazalarından istənilən operator istifadə edə bilir: Ölkə daxilindən telefon zəngləri və ya mesajları xaricə çatdırmaq, rominq xidmətləri göstərmək və s. üçün.
NSA MƏLUMATLARI NECƏ YIĞIR?
NSA də məhz bu məlumatlara çıxışı olan 10 nəhəng məlumat toplama mərkəzi var. Hər məlumat mərkəzi ən az iki korporativ məlumat bazasından məlumat toplayır.
Və bütün bu məlumatları 27 terrabaytlıq fayllarda saxlayır.
Əslində bu cür məlumatlara nəzəri və praktiki olaraq bütün dövlətlərin hüquq-mühafizə orqanları çıxış imkanı əldə edə bilsə də, həmin bu informasiyanı analiz etməyi bacaran texnologiyalar heç də hər kəsdə yoxdur.
KİMLƏR İZLƏNİR?
NSA-dən Vaşinqton Posta bildiriblər ki, bu məlumat toplanması zamanı onlar konkret olaraq kimisə hədəfə almırlar. Sadəcə, toplanan məlumatları xüsusi hazırlanmış statistik-riyazi hesablama vasitələri ilə - Co-Traveller (Yol Yoldaşı) adı verdikləri üsulla analiz edirlər, mobil telefonların fəaliyyətindəki qanuna uyğunluqlar, və qəribəliklər, fərqliliklər – yəni şübhəli məqamlar aşkarlanır. Adətən toplanan informasiyanın ancaq 1 faizi nəyəsə yarayır.
Məsələn, adi məlumatların iində potensial büşbhəlilərlə kimlərin əlaqədə olub olmaması aşkarlana bilir. NSA-in bu proqramında şübəhli hədəf olmaq üçünsə, heç də hansısa qanunsuz fəliyyətlə məşğul olmaq gərəkmir. Sadəcə, kimiliyini və yerini gizlətmək üçün telefonunu ancaq zəng-edəndən edənə yandıran, internet və ya virtual aləmdə fərqli kimliklərlə özünü təqdim edən, jurnalistlər və ya terroristlər kimi emailləri və ötürdükləri məlumatları xüsusi ciddiliklə - kodlaşdıraraq qoruyan, birdəfəlik mobil telefonlardan istifadə edənlər özləri istəmədən də bu analitik proqramın hədəfinə çevrilə bilərlər. Sadəcə özlərini başqalarından fərqli apardıqları və əsl şübhəlilərlə bir neçə dəfə yolları kəsişdiyi üçün şübhəli ola bilərlər.
NECƏ İZLƏNİR?
Sonradan hər hansı bir hədəflə bağlı suallar yarandıqda, həmin şəxsin kimlərlə əlaqədə olması, kimlərlə sadəcə eyni yerə getməsi, az qala bütün gününü əvvəllər harada keçirməsi marşrutu çıxarılır. Günlük həyatında mobil telefonun fəaliyyəti bir daha izlənir, mümkün müttəfiqləri, tanışları və başqa əlaqələri tapılır.
Co-traveller həm də imkan verir ki, istənilən mobil telefonun yerini ən pisi 1 saatlıq, ən yaxşı halda isə 100 metrə qədər dəqiqliyində müəyyənləşdirmək mümkün olsun.
BU MƏLUMATLAR NƏYƏ YARAYIR?
NSA –dən Robert Litt deyir ki, bu məlumatları toplayarkən onlar ABŞ vətəndaşlarının izlənməmə və özəl həyatıyla bağlı hüquqlarını pozmurlar. Çünki məlumatları mərkəzləşdirilmiş şəbəkələrdən kimisə, birbaşa izləmədən alırlar. Ola bilsin ki, hazırda bu toplanan informasiya o qədər də böyük əhəmiyyət kəsb eləməsin, ancaq əsl dəyəri gələcəkdə üzə çıxa bilər.
Dünyadakı insan haqları fəalları isə ABŞ hökumətinin internet və mobil telefonlar vasitəsilə cinayət törətməyən şəxsləri istənilən üsulla izləməsinin insan haqlarına zidd olduğunu düşünür.
“AzadlıqRadiosu”