Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu hazırda Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 2 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
“Silahlı insidentin səbəbləri və təfsilatları barədə danışmaq hələ tezdir”, deyə baş nazir vurğulayıb.
***
Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) məktəbdə silahlı insident baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, şagirdin açdığı atəş nəticəsində 2 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Cinayəti törədən məktəbli saxlanlıb. Onun kimliyi barədə məlumat verilmir.
Hadisənin motivi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.