İki gün əvvəl həbs olunan erməni general xəstəxanalıq oldu
04 iyun 2016 20:21 (UTC +04:00)

İki gün əvvəl həbs olunan erməni general xəstəxanalıq oldu

Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib. Bu barədə APA erməni mətbuatına istinadən xəbər verir.

 

Qeyd edək ki, iyunun 3-də İrəvan məhkəməsi  mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

 

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və  polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

 

Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar