Əmirlikdə Qurtuluş günü qeyd edilib
14 iyun 2017 11:00 (UTC +04:00)

Əmirlikdə Qurtuluş günü qeyd edilib

Abu-Dabidə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Baş Konsulluğunun təşkilatçılığı 15 iyun qurtuluş gününə həsr edilən tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eləcə də Əbu-Dabi və Dubay şəhərlərindəki Azərbaycan icmasının fəal üzvlərinin iştirakı ilə tədbiri açan səfir Daşqın Şikarov 15 iyun 1993-cü il tarixinin əhəmiyyətindən bəhs edib. O, vurğulayıb ki, Heydər Əliyev göstərilən tarixdə həyatına mümkün təhdidlərə rəğmən müdrik Azərbaycan xalqının çağırışlarına biganə qalmayaraq Naxçıvan Muxtar Respublikasından Bakıya gəldi.

Səfir Heydər Əliyevin hakimiyyətə gəlişindən əvvəl və sonrakı mənzərələr arasında paralellər apararaq xatırladıb ki, məhz onun şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi sayəsində tüğyan edən böhrana son qoyuldu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti respublikamız boyu müşahidə edilən xaosu, siyasi çəkişmələri, sosial-iqtisadi böhranı birdəfəlik kökündən kəsdi və Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə şərait yaratdı.

Heydər Əliyevin rəhbərliyi ilə başlayan intibah dövrünə nəzərə salan səfir D.Şikarov ilk növbədə ölkə boyu ictimai-siyasi sabitliyin bərqərar olduğunu önə çəkərək, bu mühüm ünsürün sabiq hakimiyyətdən miras qalan ağır sosial-iqtisadi problemlərin mərhələlərlə həll olunmasını, o cümlədən ölkənin elmi və mədəni həyatında əsaslı dönüşü, xalqımızda milli birlik hissinin möhkəmlənməsini təmin etdiyini yada salıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasına və respublikamızın ərazisində transmilli layihələrə start verildiyini, bununla da xalqımızın güzəranının yüksələn xətlə artmağa başladığını söyləyib.

Ardınca səfir Heydər Əliyevin cızdığı kursun mahiyyəti haqqında danışarkən məhz bu kurs və onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hazırkı qlobal tələblərə uyğun müvəffəqiyyətlə inkişaf etdirməsi sayəsində ölkəmizin hərtərəfli cəhətdən qüdrətləndiyini vurğulayıb. Həmçinin dahi liderin bütün tarixi dövrlərə uyğun ideyaların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yaşadıldığı qeyd edilib, Fondun mühüm yerli və qlobal fəaliyyətinə ətraflı nəzər salınıb.

Sonra çıxış edən baş konsul Pərviz İsmayılzadə Heydər Əliyevin şəxsiyyəti haqqında dolğun şəkildə danışdığı zaman məhz onun tarixin məcrasını dəyişməyə qadir olan dahilərin 100 ildən bir hər bir xalqın içindən çıxdığını özəlliklə qeyd edib və Milli Qurtuluş Günü üzərində təfsilatlı dayanıb.

Çıxışlardan sonra səfir və baş konsul səfirliyin nəzdində, həmçinin fəaliyyət göstərən “Qarabağ inciləri” adlı rəqs ansamblının üzvlərinə və bədii rəhbərinə xüsusi təşəkkürnamələr təqdim ediblər.

Tədbir iftar süfrəsinin arxasında davam edib.      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35