
Daha bir nazir istefa verib - Sloveniyada
Sloveniya hökumətində son beş ayda üçüncü nazir tutduğu vəzifədən gedib.
ONA-nın məlumatına görə, Baş nazir Maryan Şarets ekologiya naziri Yure Lebenin istefa ərizəsini qəbul edib. Nazir sabiq hökumətin tərkibində çalışdığı vaxt böyük dəmir yolu layihəsi ilə bağlı reklam layihəsinin tenderini manipulyasiya etməkdə ittiham olunduğuna və bu səbəbdən son günlərdə ciddi təzyiqlə üzləşdiyinə görə istefa vermək məcburiyyətində qalıb. Leben bütün ittihamları rədd etsə də, rəhbərlik etdiyi nazirliyin nüfuzunu qorumaq üçün tutduğu vəzifədən getdiyini bəyan edib.
Daha öncə, mədəniyyət naziri Deyan Presiçek və daxili əlaqələndirmə naziri Marko Bandelli də vəzifələrini tərk ediblər.
Oxşar yazılar

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46