İsrail dövləti Türkiyədəki vətəndaşlarına müraciət edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Təl-Əviv İŞİD-in terror aktları törətməsi ehtimalının yüksək olmasını əsas gətirərək vətəndaşlarını bu ölkəyə getməməyə və ya oranı tərk etməyə çağırıb.
Bildirilir ki, İstanbuldakı Taksim meydanında törədilmiş terror aktı nəticəsində 3 İsrail vətəndaşının həlak olmasından sonra Türkiyəyə səyahətlə bağlı 3-cü dərəcəli xəbərdarlıq elan edilmişdi. Lakin daha sonra İsrail dövləti Türkiyədə terror ehtimalı səviyyəsini daha da artıraraq 2-ci dərəcəyə yüksəldib.
Əgər İsrail vətəndaşlarına xəbərdarlıq səviyyəsi 1-ci dərəcəli təhlükə ilə bağlı olsaydı, vətəndaşların anındaca Türkiyədən çıxması tələb ediləcəkdi.