BMT Ukraynada ölən və yaralananların sayını açıqladı
28 iyul 2014 14:16 (UTC +04:00)

BMT Ukraynada ölən və yaralananların sayını açıqladı

Aprelin ortalarından Ukraynada hərbi münaqişə nəticəsində 1129 dinc sakin həlak olub. APA-nın məlumatına görə, bu haqda BMT-nin insan haqları üzrə Ali komissarı idarəsi tərəfindən hazırlanan xüsusi hesabatda deyilir.

 

Ukraynada insan haqları sahəsindəki duruma həsr olunmuş hesabatda qeyd olunub ki, münaqişə nəticəsində dinc əhali arasında itkilərin dəqiq sayını öyrənmək mümkün deyil. Lakin BMT-nin insan haqları komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatı missiyası tərəfindən təqdim olunan məlumata əsasən, aprelin ortalarından iyulun 26-dək Ukraynada 1129 nəfər dinc sakin ölüb, 3442 nəfər yaralanıb.

 

Ukraynanın şərqində 100 mindən çox insan məcburi köçkün olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921

Oxşar yazılar