İraq və Suriyadakı bir neçə əşirət İŞİD-in tərəfinə keçmək barədə qərar qəbul ediblər. Lent.az-ın İraqa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar İŞİD-ə canlı qüvvə ilə dəstək verəcəklərini açıqlayıblar.
Məlumata görə, bunlar Əl-Hamis, Bəni Seyid, əl-Qənim, Əl-Avane, Bis-Faruh əşirətləridir. Onlar İŞİD-in tutduğu ərazilərdə şəriət qaydalarını tətbiq etməsini alqışlayır, onların mübarizəsinə hər cür dəstək verəcəklərini bəyan ediblər.