ABŞ və Kuba liderləri son 50 ildə ilk dəfə görüşdülər
12 aprel 2015 02:48 (UTC +04:00)

ABŞ və Kuba liderləri son 50 ildə ilk dəfə görüşdülər

ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında  Panamada keçirilən “Amerika sammiti” çərçivəsində ikitərəfli görüş keçirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu iki ölkənin liderləri arasında son 50 ildə  baş tutan ilk danışıqlardır. Görüş sammitinin keçirildiyi sarayın kiçik otağında keçirilib.    

 

Obama görüş zamanı Kastroya konstruktivlik nümayiş etdirdiyinə görə minnətdarlığını bildirib.  

 

Barak Obama  görüşün tarixi əhəmiyyətə malik olduğunu bildirərək, iki ölkə arasında münasibətlərin tarixinin gərgin olduğunu etiraf edib: “Lakin indi biz irəliyə doğru addımlaya bilirik. Bir müddətdən sonra biz səhifəni çevirə bilərik və ölkələrimiz arasında yeni münasibətləri inkişaf etdirə bilərik. Biz indi keçmişdəki bəzi halları geridə qoyaraq irəliyə addımlamaq vəziyyətindəyik”.  

 

“Biz demokratiya ilə əlaqədar narahatlıqlarımızı bildirməkdə davam edəcəyik və, cənab Kastronun qeyd etdiyinə görə, onlar da ABŞ-ın siyasəti ilə bağlı narahatlıqlarını bizə bildirəcəklər. Lakin biz belə nəticəyə gəldik ki, tədricən bu səhifəni çevirmək və iki ölkə arasında yeni münasibətlər qurmaq mümkün olacaq”.

 

“Düşünürəm ki, Obamanın dedikləri çox əhəmiyyətlidir. Biz də bu fikirdəyik. Biz bütün məsələlərin müzakirəsinə hazırıq”, deyə Kasto, öz növbəsində bildirib.

 

 

Kastro tərəflər arasında müəyyən  məsələlər üzrə fikir ayrılığının olduğunu qeyd edib: “Bu gün bizdə müəyyən məsələlər üzrə fikir ayrılığı ola bilər, lakin sabah biz bu məsələlər üzrə razılığa gələ bilərik”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35