Amerika Tayvana 1,4 mlrd. dollarlıq silah satacaq
30 iyun 2017 05:50 (UTC +04:00)

Amerika Tayvana 1,4 mlrd. dollarlıq silah satacaq

ABŞ Tayvana 1,4 mlrd. dollar dəyərində silah satacağını, lakin, “vahid Çin” siyasətindən imtina etməyəcəyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.  

 

“Administrasiya Konqresi ümumi dəyəri 1,4 mlrd. olduğu 7 kontrakt barədə məlumatlandırıb. Lakin mən qeyd etməliyəm ki, bizim “vahid Çin” siyasətimiz dəyişməzdir. Yəni burada siyasətin vərəsəliliyi var, ABŞ təxminən 15 ildir ki, Tayvana müdafiə texnologiyaları satır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Oxşar yazılar