ABŞ Ər-Ramadini İraqa qaytaracaq
18 may 2015 22:40 (UTC +04:00)

ABŞ Ər-Ramadini İraqa qaytaracaq

ABŞ İraq hökumətinə Ər-Ramadi şəhərini geri qaytarmağa kömək edəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

 

“Sözsüz ki, bu uğursuzluqdu. ABŞ Ər-Ramadini İraqa qaytarmağa kömək edəcək, heç kim buna şübhə etməsin”, deyə Ratke bildirib.

 

Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar