ABŞ-da qar çovğunu 17 can aldı
24 yanvar 2016 06:22 (UTC +04:00)

ABŞ-da qar çovğunu 17 can aldı

ABŞ-ın şərqində tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  ABŞ-ın şərqində minlərlə təyyarə reysi təxirə salınıb, 200 mindən çox sakin  işıqsız və istiliksiz qalıb, yollarda ölüm hallarının əksəriyyətinə səbəb olmuş yüzlərlə qəza baş verib.

 

Xəbər verildiyi kimi, Virciniya yollarında sutka ərzində 989 yol nəqliyyat hadisəsi qeydə alınıb, polis və xilasedicilər 793 nəqliyyat vasitələrinin sürücülərinə yardım göstərməli olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299

Oxşar yazılar