ABŞ-da naməlum şəxs 2 nəfəri öldürdü, 4-ü yaraladı
01 dekabr 2016 05:50 (UTC +04:00)

ABŞ-da naməlum şəxs 2 nəfəri öldürdü, 4-ü yaraladı

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ticarət obyektinin qarşısında baş verib. Məlumata əsasən, bir nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb.

 

Yaralananlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

 

Qeyd edək ki, sentyabrda Baltimorda atışma nəticəsində, üçyaşlı uşaq  daxil olmaqla, 8 nəfər yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar