Lavrov: "Trampın bəyanatlarını diqqətlə izləyirik"
05 fevral 2017 12:13 (UTC +04:00)

Lavrov: "Trampın bəyanatlarını diqqətlə izləyirik"

Rusiya xarici işlər naziri Sergey Lavrov Barak Obama administrasiyasının ciddi ziyan vurduğu ABŞ-Rusiya münasibətlərinin bərpası üçün Moskvanın üzərinə düşən addımları atmağa hazır olduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, S. Lavrov Avstriyanın “Profil” jurnalına müsahibəsində deyib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını diqqətlə izləyir.

 

Rusiya xarici işlər naziri D. Trampın iki ölkə arasında normal dialoqun qurulmasının zəruriliyi ilə bağlı bəyanatının müəyyən ümidlər yaratdığını bildirib: “Son illər münasibətlərdə deqradasiya bizim günahımızdan olmayıb, bu, Barak Obama administrasiyasının məqsədyönlü fəaliyyətinin nəticəsidir. Biz öz tərəfimizdən həmişə münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların qarşılıqlı nəzərə alınması prinsipləri əsasında inkişafına hazır olmuşuq. Münasibətlərə vurulan ziyanı aradan qaldırmaq üçün hər iki tərəfin ciddi səy göstərməsi lazımdır. Ancaq hələ respublikaçı komandanın konkret məsələlər üzrə necə çalışacağı barədə danışmaq tezdir. Əminik ki, Rusiya və ABŞ-ın maraqları nəinki ikitərəfli münasibətlərdəki problemləri aradan qaldırmağa, eyni zamanda beynəlxalq terrorizm və digər böyük problemlərin həllinə birgə töhfə verməyə imkan verir” .

 

S. Lavrov Rusiya və ABŞ-ın innovasiya və texnologiya sahəsində reallaşdırılacaq layihələrinin olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

APA Baycan

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35