Çexiya prezidenti: “Rusiya ənənəvi olaraq Avropa gücüdür”
28 aprel 2015 17:38 (UTC +04:00)

Çexiya prezidenti: “Rusiya ənənəvi olaraq Avropa gücüdür”

“Dağlıq Qarabağ və digər münaqişələr Rusiya ilə Qərb arasındakı münasibətlərin nəticəsi deyil. Bu münaqişələr Rusiya və Qərb arasındakı düşmən münasibətlərinin davam etdirilməsi ilə həll olunmayacaq”.

 

APA-nın xəbərinə görə, bunu Bakıda III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Çexiyanın sabiq prezidenti Vatslav Klaus deyib.

 

Çexiyanın sabiq prezidenti bildirib ki, Ukraynadakı böhrana görə Rusiya və Qərb arasında münasibətlər soyumamalıdır: “Bu önəmli məqamdır. Biz uzunmüddətli perspektivdən istifadə etməliyik. Hazırda Qərblə Rusiya arasındakı münaqişə iki fundamental fərqli siyasi və sosial-iqtisadi sistemlərin toqquşması deyil. İqtisadi sistemlər nöqteyi-nəzərindən Rusiya Qərbin bir hissəsidir. Bunu biz qəbul etməliyik. Bu iqtisadi sistem bazar iqtisadiyyatının kitab formasından uzaqdır. Amma Avropa da bundan uzaqdır”.

 

V. Klaus qeyd edib ki, Rusiya Çin, Səudiyyə Ərəbistanı və ya Pakistan deyil: “Bunu qəbul etmək lazımdır. Rusiya ənənəvi olaraq Avropa gücüdür. Rusiya əsrlərlə Avropa tarixinin bir hissəsi olub. Biz sevinməliyik ki, 70 illik kommunist faciəsi bitib. Rusiyanı Avropadan kənarlaşdırmaq səhv addım olar. Rusiyaya şans verilməlidir ki, o öz yeni tarixini yazsın, öz yolunu tapsın və beynəlxalq arenada aktiv oyunçu olsun”.

 

V. Klaus Ukraynada inqilabdan əvvəl daxili sabitliyin çox zəif olduğunu qeyd edib: “Ukrayna-Rusiya və Qərb-Rusiya problemləri fərqlidir. Ukraynada olan böhran ölkənin daxilində başladı. Baş verənlər Ukraynanın uğurlu kommunizmdən bazar iqtisadiyyatına uğursuz keçidinin nəticəsində baş verdi. Bu, Ukraynada Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə uğursuz oldu. Oradakı demokratiya süni şəkildə yaradılmışdı. Çox dərin hərc-mərclik var idi. Maydandan qabaq da daxili sabitlik çox zəif idi və Ukrayna böhranı böyük bir problemə çevrildi. Əslində xaricdən də təsir olmuşdu. Mən hələ ötən il demişdim ki, Ukraynaya Qərb və Şərq arasında seçim vermək onu dağıtmaq deməkdir. Bu, ölkəni həll olunmayacaq bir münaqişələrə gətirib çıxaracaq və münasibətlərin sonu yalnız faciə olacaq. Biz bu gün bunu görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35