[b]Xruşovun nəvəsi faciəvi şəkildə öldü[/b]
09 iyun 2017 01:11 (UTC +04:00)

[b]Xruşovun nəvəsi faciəvi şəkildə öldü[/b]

SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşovun nəvəsi 1940-cı il təvəllüdlü Yuliya Xruşova Moskvada faciəvi şəkildə ölüb.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.

 

İnsidentin təfərrüatları açıqlanmır.  

 

Xruşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Baş katibi olacaq Nikita Serqeyeviç Xruşovun oğlu Leonid  Xruşovun ailəsində dünyaya gəlib.  Leonid  Xruşov itkin düşdükdən sonra Nikita Xruşov nəvəsini övladlığa götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar