[b]Xəyanətlə üzləşən qadın intiqamını belə aldı[/b]
31 iyul 2016 16:29 (UTC +04:00)

[b]Xəyanətlə üzləşən qadın intiqamını belə aldı[/b]

Bir neçə gün əvvəl İsveçrənin Cenevrə şəhərinin hava limanında baş vermiş insidentin səbəbi üzə çıxıb. Lent.az xəbər verir ki, “İndependent” qəzeti 26-iyunda Cenevrə aeroportunda bomba olması barədə xəbər verən qadının əsl məqsədinin həmin gün hava limanında olacaq başqa bir qadından intiqam almaq olduğunu yazıb.

 

Araşdırmalar zamanı məlum olub ki, zəng Fransanın Annesi bölgəsindən edilib və 41 yaşlı qadın iyulun 27-də aeroporta partlayıcı daşıyan bir qadınnı daxil olacağını deyib. Polis tərəfindən yaxalanan qadın nəyə görə yalan informasiya verdiyini açıqlayıb. O bildirib ki, 22 ildir ki, evlidir və həyat yoldaşı ona başqa qadınla xəyanət edib. Məhz həmin qadından intiqam almağa görə belə bir addım atıb.

 

4 uşaq anası olan fransalı qadını yalan əlumat verdiyinə görə 6 ay həbs cəzası gözləyir.

 

Qeyd edək ki, daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar Cenevrə aeroportunun işi pozulub, təyyarələrin hərəkətində gecikmlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar