![[b]Ukraynada sükut günüdür[/b]](https://lent.az/storage/news/2019/march/30/big/0970e4836c9f1f822ff34caa876f06b9.jpg)
[b]Ukraynada sükut günüdür[/b]
0
0
Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu cümə günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri bazar günü - martın 31-də keçiriləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.
0
0