[b]Ukrayna Aİ ilə vizasız rejimə daha bir addım yaxınlaşdı[/b]
02 mart 2017 22:52 (UTC +04:00)

[b]Ukrayna Aİ ilə vizasız rejimə daha bir addım yaxınlaşdı[/b]

Aİ Şurası Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edilməsinə icazə verib

 

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə qurumun saytında bildirilib.

 

“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.   

 

Saziş  Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.  

 

Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.  

 

Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar