Bir müddət əvvəl həbsxanadan çıxan tanınmış türkiyəli müğənni Dəniz Seki nişanlısından ayrılıb. Lent.az xəbər verir ki, sevgilisi Faruk Salmanla tez-tez dalaşıb-barışan Dəniz Seki Həcc ziyarətinə getmək ərəfəsində onunla münasibətə son qoyub.
Faruk Salman jurnalistlərə açıqlamasında ayrıldıqlarını təsdiqləyib və Dəniz Sekini həyatından sildiyini deyib: "Mən çox çalışdım, amma hamısı əbəs imiş. Onu həyatımdan silirəm. Hər şey bitdi. Həcc ziyarətinə getməyə hazırlaşır, ona bütün haqqlarımı halal edirəm".