[b]Nemtsovun qatillərinə hökm oxundu [/b]
13 iyul 2017 12:47 (UTC +04:00)

[b]Nemtsovun qatillərinə hökm oxundu [/b]

Moskva Dairə Hərbi Məhkəməsində müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. 
 

İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib. Anzor Qubaşev 19 il, Şahid Qubaşev 16 il, Tamerlan Əsgərxanov 14 il, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin hər birinə ayrılıqda 100 min rubl cərimə kəsib. Məhkəmənin qərarı ilə Z. Dadayev leytenant rütbəsindən və "İgidliyə görə" ordenindən, T. Əsgərxanov isə gizir rütbəsindən məhrum edilib. 

 

Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də məhkəmənin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq isə davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

APA Baycan

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42