[b]Milyarderlərin yaşadığı ölkələr və sərvətləri AÇIQLANDI[/b]
13 may 2019 14:42 (UTC +04:00)

[b]Milyarderlərin yaşadığı ölkələr və sərvətləri AÇIQLANDI[/b]

Hazırda dünyanın ən zəngin insanların üçdə dördü 15 ölkədə yaşayır ki, 2018-ci il üzdə onların ümumi kapitalı 6,8 trln. ABŞ dolları dəyərində qiymətləndirilir. Bu, bütün dünya milyarderlərinin ümumi sərvətinin 79%-ni təşkil edir.
 
ONA-nın "Wealth-X 2019 Billionaire Census" hesabatına istinadən verdiyi məlumata görə, siyahının 11-ci və 10-cu pillələrini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa bölüşdürür. BƏƏ-də 55 milyarder mövcuddur ki, onların var-dövləti 165 mlrd. dollar dəyərindədir. Fransada BƏƏ-də olduğu kimi 55 milyarder var, lakin onların kapitalı 195 mlrd. dollar dəyərində qiymətləndirilir.
 
Reytinqin 9-cu pilləsində Səudiyyə Ərəbistanı qərarlaşıb. Ölkədəki 57 milyarderin varidatı 147 mlrd. dollar təşkil edir. Ümumi kapitalı 284 mlrd. dollar olan 82 milyarder isə siyahının 8-ci pilləsində yer alan Hindistanda yaşayır.
 
Siyahının 7-ci yeri Honkonqun payına düşüb. Burada yaşayan 87 milyarderin sərvəti 259 mlrd. dollar məbləğində dəyərləndirilir. İsveçrə isə 91 milyarder və onların 240 mlrd. dollarlıq kapitalı ilə reytinqin 6-cı yerini tutur.
 
Reytinqin 5-ci pilləsində Böyük Britaniya (97 milyarder, 209 mlrd. dollarlıq kapital), 4-cü pilləsində Rusiya (102 milyarder, 335 mlrd. dollar), 3-cü pilləsində Almaniya (146 milyarder, 442 mlrd. dollar), 2-ci pilləsində Çin (285 milyarder, 996 mlrd. dollar), 1-ci pilləsində isə ABŞ (705 milyarder, 3,013 trln. dollar) qərarlaşıb.
 
Qeyd edək ki, dünya milyarderlərinin sərvətinin 27%-i, ümumi dünya sərvətinin isə 35%-i amerikalı milyarderlərin payına düşür.
# 1689
avatar

Oxşar yazılar

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41
İndoneziyada güclü zəlzələ  baş verdi

İndoneziyada güclü zəlzələ baş verdi

28 aprel 2024 , 01:31