İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan çıxmasına dair göstəriş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb.
Qeyd edək ki, ABŞ bundan əvvəl UNESСO-da çıxdığını elan edib.
ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.
Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.