<b>Hərbi gəmi yük gəmisi ilə toqquşdu</b> - <span style="color:red;"><b>5 yaralı, 10 itkin</b>
21 avqust 2017 05:53 (UTC +04:00)

Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin

Malayziya sahilləri yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin  yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

 

“Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar