<b>Dünyada rekord məbləğdə saxta dollar müsadirə edildi</b>
18 noyabr 2016 07:36 (UTC +04:00)

Dünyada rekord məbləğdə saxta dollar müsadirə edildi

ABŞ və Peru xüsusi xidmət orqanlarının əməkdaşları Limada birgə keçirdikləri əməliyyat zamanı rekord məbləğdə saxta dollar müsadirə ediblər.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb. Qeyd edək ki, ABŞ Məxfi Xidməti ölkənin rəsmi şəxslərinin mühafizəsini həyata keçirməklə yanaşı, pul nişanlarının saxtalaşdırılması və kibercinayətkarlıqla mübarizə aparır.

 

Məlumata görə, Peruda keçirilən əməliyyat zamanı cinayətkarlardan 30 mln. saxta dollar və 50 min saxta avro götürülüb. Bundan başqa saxta pulların istehsalı üzrə 6 gizli sex və 8 çap qurğusu məhv edilib.    

 

“Qürub” məxfi adı altında keçirilən əməliyyata Perunun 1500-dək polis əməkdaşı cəlb olunub. Əməliyyat nəticəsində 48 nəfər həbs olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar