Vağzalda atışma: Ölən və yaralılar var
06 aprel 2024 01:30 (UTC +04:00)

Vağzalda atışma: Ölən və yaralılar var

Türkiyədə şəhərlərarası avtobus terminalında atışma olub.

Lent.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bir qrup şəxslə bilet satışı ilə məşğul olan işçilər arasında naməlum səbəbdən dava düşüb.

Baş verən mübahisə silahlı insidentə səbəb olub.

Polis davaya müdaxilə edib. Hadisə zamanı biri polis olmaqla 11 nəfər yaralanıb.

Xəstəxanaya aparılan yaralılardan biri (polis olmayıb) yolda dünyasını dəyişib.

# 2232
avatar

Oxşar yazılar