Ukraynada Rusiya casusu ələ keçdi - FOTO
20 aprel 2022 13:56 (UTC +04:00)

Ukraynada Rusiya casusu ələ keçdi - FOTO

Luqanskda Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən Ukrayna vətəndaşı saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən agent Rusiyada istintaq təcridxanasında cəza çəkərkən xüsusi xidmət orqanına “işə” götürülüb.

Müharibə başlamazdan bir həftə əvvəl onu Severodonetskə “yerləşdiriblər”.
 
Fevralın ortalarında o, xüsusi tapşırıqla Severodonetsk şəhərinə göndərilib.
 
Agent Ukrayna Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin, Ukrayna Milli Qvardiyasının Severodonetsk ərazisindəki cəmləşmə mövqeləri barədə məlumat toplayaraq FTX-yə ötürüb. O, həmçinin ərazinin dəqiq artilleriya atəşi ilə bombardman edilməsi üçün kordinatları Rusiya tərəfinə göndərib.
 
“Xidmətlərinə görə” FTX tərəfindən ona “pul mükafatı” verildiyi də məlum olub. Onun 15 ilə qədər və ya əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum ediləcəyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan bəri dövlətə xəyanət maddəsi ilə 154, əməkdaşlıq fəaliyyətində şübhəli bilinən 81 cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1993

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26