Ukrayna 18  azərbaycanlı "qanuni oğru" ya sanksiya tətbiq etdi
15 may 2021 14:15 (UTC +04:00)

Ukrayna 18 azərbaycanlı "qanuni oğru"ya sanksiya tətbiq etdi

“2021-ci ilin əvvəlinədək Ukraynada 34 “qanuni oğru” yaşayırdı. Bu günə olan məlumata görə, onlardan səkkizi Ukraynadan çıxarılıb. 5 nəfəri isə Ukraynanı özləri tərk edib. Hazırda Ukrayna ərazisində 21 “qanuni oğru” var. Onlardan üçü həbsdə, biri isə ev dustaqlığındadı”. 

Lent.az-ın yerli KİV-ə istindən məlumatına görə, bunu Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.

Klimenkonun dediyinə görə, Ukraynada arzuolunmaz hesab edilən bu şəxslərin etnik tərkibi də rəngarəngdir. Məlumata görə, çoxluq gürcü əsillilərdir. Siyahıda 356 gürcü “qanuni oğru” yer alıb. Ruslar siyahıda ikincidir - 129 nəfər. 18 azərbaycanlı “qanuni oğru” da sanksiyaya məruz qalanlar siyahısındadır.

***

00:39

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbiyə və 557 "qanuni oğru"ya qarşı sanksiya tətbiq edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazıb.

Prezident bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında ölkə üçün əhəmiyyətli qərarlar qəbul edilib.

Sanksiyalara məruz qalan şəxslərin adları göstərilməsə də onlara qarşı ediləcək məhdudiyyətlər açıqlanıb. Belə ki, nəzərdə tutulan şəxslərin Ukraynaya girişi qadağan ediləcək, aktivləri bloklanacaq, vizaların verilməsində imtina ediləcək.

Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış, immiqrasiya icazələri, vətəndaşlıq ala bilmək və s. var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7527
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar