Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələlər baş verib.
Lent.az-ın xəbərinə görə, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.
Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.