Trampı öldürmək istəyən şəxsin kimliyi müəyyən edildi
16 sentyabr 2024 03:55 (UTC +04:00)

Trampı öldürmək istəyən şəxsin kimliyi müəyyən edildi

Floridada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rutdur.

Lent.az xəbər verir ki, bu haqda “Fox News” telekanalı mənbələrə istinadən xəbər verir.

Əldə olunan məlumata görə Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

“The New York Post” isə  Rayan Uesli Rutun əvvəllər Ukraynaya səfər edərək Kiyev hakimiyyətinə dəstək verdiyini yazıb.

Nəşr qeyd edir ki, Rut Əfqanıstandakı münaqişənin amerikalı veteranlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürməyə çalışıb, həm də şəxsən Kiyevin tərəfində döyüşmək arzusunu ifadə edib.

MSN News xəbər portalının məlumatına görə, təsdiqlənməmiş məlumatlara görə, Rut Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar