Terrorçular ordu karvanına hücum edərək 30 əsgəri öldürdü
26 sentyabr 2021 01:19 (UTC +04:00)

Terrorçular ordu karvanına hücum edərək 30 əsgəri öldürdü

Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının yaraqlıları ordu karvanını pusquya salaraq 30 əsgəri öldürüb. 

APA xəbər verir ki, bu barədə yerli “Vanguard” nəşri yazıb.

Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.

Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.

Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.

Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.

Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666

Oxşar yazılar