Cənubi Koreyanın Bundanq şəhərində sürücü nəqliyyatın qadağan edildiyi küçədə 5 piyadaya xəsarət yetirib.
Lent.az-ın Yonhap agentliyinə istinadla xəbərinə görə, qəzadan sonra sürücü avtomobildən düşərək yaxınlıqdakı mağazanın müştərilərinə hücum edib. Burada o, 5 nəfəri bıçaqlayıb. Zərərçəkənlərdən onunun vəziyyəti ağırdır.
Saxlanan zaman hadisəni törədən şəxsin anlaqsız vəziyyətdə olduğu aşkar edilib.