İraq administrasiyası Suriyadakı hadisələrin ardınca ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.
Lent.az xəbər verir ki, qərar Suriyada müxaliflərin Hələb və İdlib şəhərlərindən sonra Əsəd rejimi qüvvələrinin nəzarətində olan Hama şəhərinə də daxil olmasından, Dəməşqdə Əsədə qarşı çevriliş olduğu iddialarının mətbuata çıxmasından sonra qəbul olunub.
İraqın Birgə Əməliyyatlar Komandanının müavini general-leytenant Qeys əl-Məhəmmədavi İraqın İNA xəbər agentliyinə verdiyi açıqlamada ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.
İraq Sərhəd Qüvvələrinin komandanı general Məhəmməd Əbdülvahab əl-Sueydi isə İraq-Suriya sərhədində gücləndirilmiş iş rejiminə keçildiyini bildirib.