Slutskidən dünyanın diqqətini çəkən KİMYƏVİ SİLAH AÇIQLAMASI
04 mart 2021 17:17 (UTC +04:00)

Slutskidən dünyanın diqqətini çəkən KİMYƏVİ SİLAH AÇIQLAMASI

“Rusiyada 2017-ci ildən bəri kimyəvi silah yoxdur”.

Lent.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Duma TV-nin İnstaqram səhifəsindəki canlı yayımda bildirib.

Komitə sədrinin sözlərinə görə, dediklərini Kimyəvi Silahlara Qadağa Təşkilatı və ekspert qiymətləndirmələri də təsdiqləyir: 

“Rusiyada 2017-ci ildən bəri kimyəvi silahın olmaması sözügedən beynəlxalq təşkilat və ekspertlər tərəfindən dəfələrlə təsdiqlənib. Rusiya bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirib”. 

Slutski, həmçinin, Rusiya Federasiyasında gizli bir kimyəvi silahın mövcudluğu barədə Qərbdən verilən açıqlamaların yorucu olduğuna da diqqət çəkib. O, ABŞ-ın Suriya və İraqla bağlı oxşar açıqlamalar verdiyini xatırladıb. Bildirib ki, məlumatlar Vaşinqton tərəfindən yayıldığından, digər Qərb ölkələri bu məsələnin mahiyyətinə varmadan gündəmdə saxlayırlar: 

“İndi isə Skripaçların zəhərlənməsi ehtimalı, Navalnının zəhərlənməsi iddiası – bu, mütləq bir uydurmadır. Navalnı zəhərlənmədən xilas edildi. İndi bütün bu hiyləgər addımlara bir növ əsas olaraq, bizdən əslində çoxdan məhv edilmiş kimyəvi silahların məhv edilməsini tələb edirlər”. 

Qeyd edək ki, bundan əvvəl media ABŞ Dövlət Departamentinin Rusiyanı kimyəvi silahları məhv etməyə çağırdığını yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2243

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26