Rusiyalı milyarderə heç kəs borc vermədi:  İşçiləri...
05 aprel 2022 15:35 (UTC +04:00)

Rusiyalı milyarderə heç kəs borc vermədi: İşçiləri...

Milyarder Roman Abramoviç sanksiyalara görə Hollivuddakı amerikalı dostlarından borc istəyib. 

Lent.az xəbər verir ki, bu barədə “Page six” saytı məlumat yayıb. 

Məlumata görə, Abramoviç işçilərinə həftəlik 750 min dollar pul ödəməlidir. Bunun üçün o, nüfuzlu dostlarına müraciət etmək məcburiyyətində qalıb. Amma yaxınları ona borc verməkdən çəkiniblər. 

Bildirilir ki, rusiyalı milyarder Hollivud prodüseri, rejissoru Brett Ratner və Rotşild ailəsinə müraciət etsə də, rədd cavabı alıb. 

Onlar nəğd pulları olmadığını, hesaba köçürmə edəcəkləri təqdirdə sanksiyalara məruz qalacaqlarını bildiriblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Sevinc Fərid

Oxşar yazılar