Rusiya hərbçiləri Ukrayna prezidenti Volodimir Zelenskinin Kirilivka bölgəsindəki Biryuçi adasında yerləşən bağ evini qarət ediblər.
Lent.az xəbər verir ki, bu barədə “RİA-Melitopol”a yerli sakinlər məlumat verib.
Məlumata görə, hərbçilər evdəki bütün mebelləri aparıblar. Daha sonra isə ətrafda olan istirahət mərkəzlərinə hücum ediblər.
Qeyd edək ki, iki zirehli texnika Zelenskinin bağ evində qalıb, üçü isə sərhəd zastavasına gedib.