Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin müavini Andrey Krasov bildirib ki, ölkəni tərk edən estrada və incəsənət ulduzları geri qayıtmaya bilərlər.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasov, həmin sənətçilərin qərbi seçdiyini, Rusiyanın maraqlarını satdıqlarını deyib.
Xatırladaq ki, hazırda Rusiyanı tərk edən Urqant, Makareviç, Sobçak və Puqaçova İsraildə, Zemfira, Renata Litvinova Parisdə, Valeri Leontiev isə Mayamidə məskunlaşıb.