ABŞ Türkiyəyə Rusiya istehsalı olan S-400 HHM sistemlərini Ukraynaya verməyi təklif edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters 3 mənbəyə istinadla məlumat yayıb.
Agentlik qeyd edir ki, son həftələrdə amerikalı məmurlar türk həmkarları ilə söhbətlərdə bu fikri səsləndirsələr də, heç bir konkret təklif irəli sürülməyib.