Serbiyanın paytaxtı Belqradın Veliki Bork qəsəbəsindəki qocalar evində yanğın baş verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, nəticədə 8 nəfər həlak olub, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Belqrad Ali Prokurorluğunun növbətçi prokuroru bildirib ki, yanğını qonaqlardan birinin törətdiyi ehtimal olunur.
Hazırda yanğın tamamilə söndürülüb.
Yanğın zamanı qocalar evində 30 sakin olub.